!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlikdən İcra Hakimiyyəti və tikinti şirkətinə XƏBƏRDARLIQ - VİDEO

!Reklam – Yazi

Bakıda çoxmərtəbəli yaşayış binasının qarşısında transformator tikilir.

Yenicag.az xəbər verir ki, bu barədə Report-a həmin binada yaşayan sakinlər bildiriblər.

Paytaxtın Xətai rayon, Natiq Əliyev küçəsi, 3e ünvanında yaşayan sakinlərin sözlərinə görə, “Baku Luks” şirkəti çoxmərtəbəli yaşayış binasının qarşısında elektrik yarımstansiyasının tikintisinə başlayıb:

“Hazırda bizim yaşadığımız binanın qarşısında şirkət başqa bina tikir. Həmin bina üçün də elektrik yarımstansiyası bizim binanın qarşı tərəfində tikilir. Bu, normativdə 10-15 metr aralıda olmalıdır. Binanın layihəsində 12 metr məsafə göstərildiyi halda, şirkət bunu binadan 5 metr aralıda tikməyə başlayıb. Bu transformatorda partlayışın olma ehtimalı var. Nəticədə binada yanğın ola bilər. Həmçinin elektrik yarımstansiyasında təbii şüalanma baş verir. Bu da bina sakinlərinin, həyətdə oynayan uşaqların sağlamlığı üçün təhlükəlidir”.

Sakinlər dövlət qurumlarından, şirkət rəhbərliyindən elektrik yarımstansiyasının yerinin dəyişdirilməsini istəyirlər:

“Xahiş edirik ki, elektrik yarımstansiyası normativlərə uyğun olaraq tikilsin. Bu, bizim üçün çox təhlükəlidir”.

Fövqəladə Hallar Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a bildirib ki, nazirlik tərəfindən Xətai rayonu, N.Əliyev küçəsi, 10 ünvanında yerləşən “Baku Luks” MMC-yə məxsus yaşayış binasının ərazisində elektrik yarımstansiyasının inşaası ilə bağlı araşdırma aparılıb.

O deyib ki, FHN-ə şirkət tərəfindən heç bir icra hakimiyyəti orqanı ilə razılaşdırma sənədi təqdim olunmayıb:

“Bununla bağlı Xətai Rayon İcra Hakimiyyətinə və şirkətin rəhbərliyinə xəbərdarlıq edilib. Tərəfmizdən onların hər ikisinə məktublar göndərilib. Məktubda qeyd edilib ki, elektrik yarımstansiyasının tikintisi ilə bağlı razılaşdırma sənədləri yoxdur. Əgər bununla bağlı tədbir görülməsə, onlara qarşı digər tədbirlər də tətbiq ediləcək”.

Qeyd edək ki, tikinti aparan şirkətin rəhbəri Fəqan Təhməzovdur.

COP29

www.yenicag.az

858
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv