Nazirlikdən qiymətlərlə bağlı açıqlama

media-hightechnic-468x90

b495cf45ba21537bcb6d1fd40aa3dc01“İstehlak bazarında həyata keçirilən intensiv nəzarət tədbirləri davam etdirilir”.

Bu gün Azərbaycanda istehlak bazarında təqdim olunan əsas ərzaq mallarının və dərmanların qiymətlərində artım yoxdur.

Bunu İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib.

Z. İsayevin sözlərinə görə, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması ilə bağlı fevral ayının 21-dən etibarən istehlak bazarında həyata keçirilən intensiv nəzarət tədbirləri davam etdirilir.

Dövlət Xidmətinin rəisi bildirib ki, aparılan monitorinqlər göstərir ki, bu gün əsas ərzaq mallarının və dərmanların qiymətlərində artım yoxdur və qiymətlər stabildir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600