Nazirlikdən yenilik

media-hightechnic-468x90

lkart metroiAzərbaycan Nəqliyyat Nazirliyi 2015-ci il martın 1-dən paytaxtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə tam keçidi təmin etmək niyyətindədir.

Bunu jurnalistlərə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, göstərilən tarixdən sərnişinlər paytaxtın bütün avtobus marşrutlarında gediş haqqını nəqliyyat kartları ilə ödəyəcəklər.

Nazir müavini bildirib: “Həmin kartlarla Bakı metrosunda, gələcəkdə isə taksilərdə də ödəniş etmək mümkün olacaq. Hazırda metroda nəqliyyat kartlarından istifadənin mümkünlüyünü təmin etmək məqsədi ilə işlər həyata keçirilir”.
Hazırda Bakı metrosunda ödəniş yalnız bu məqsəd üçün nəzərdə tutulmuş xüsusi kartlarla həyata keçirilir.

M.Pənahov qeyd edib ki, hazırda ictimai nəqliyyatda elektron ödəniş sisteminin qaydaya salınması çərçivəsində bu prosesi nəzərdə tutulan müddətdə keyfiyyətli şəkildə təmin edə biləcək şirkətlərlə danışıqlar aparılır. Əvvəllər seçilmiş podratçılar yaranmış çətinliklərlə əlaqədar bu layihəni axıradək reallaşdıra bilməyiblər.

media-ziraat-728x90

Nazirlikdən yenilik

media-hightechnic-468x90

mmmmmmmmAzərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi hərbi hissələrdə taksofon parkının genişləndirilməsinə başlayıb.

Bu barədə cümə günü İB-dən  məlumat verilib.

Layihə Müdafiə Nazirliyi ilə birgə həyata keçirilir və hərbi hissələrdə bir neçə taksofonun quraşdırılmasını nəzərdə tutur.Taksofonlardan istifadə üçün dövlət rabitə operatoru danışıq kartları da təklif edir.
“Aztelekom”dan bildiriblər: “Reallaşdırılan layihə Azərbaycanda taksofon rabitəsinin inkişafına müəyyən impuls verib. Bu gün “Aztelekom” şəbəkəsində çalışan taksofonların sayı 100 ədədə çatır”.

2011-ci ildə dövlət rabitə operatoru öz şəbəkəsindəki taksofonların sayını otuz faizdən çoz azaltmışdı ki, buna səbəb taksofon parkının gəlirliliyinin azalması idi. Bir müddət əvvəl İB-dən Trend-ə deyildiyi kimi, taksofon rabitəsini əngəlləyən aspektlərdən biri mobil rabitənin nüfuz səviyyəsinin yüksək olması və əhalinin telefonlaşdırılmasıdır.

Buna baxmayaraq, əgər taksofon rabitəsinə tələb artarsa, İB taksofon parkının genişləndirilməsi işini bərpa etməyə hazırdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600