Bir müddət əvvəl kimliyinin açıqlanmasını istəməyən məşhur şəxsin gəlininin “Laser Beauty” klinikasında estetik əməliyyat olunduqdan sonra komaya düşməsi barədə məlumatlar yayılmışdı.
Baku TV-nin əməkdaşı iddiaları araşdırmaq üçün sözügedən klinikaya yollansa da, suallarına cavab verən olmayıb.
Daha sonra özünü klinikanın rəhbəri kimi təqdim edən şəxs zəng edərək deyilənləri təkzib edib:
“Həmin şəxs kimdir? Adını, soyadını deyin, zəng etsin, birlikdə görüşək. Bunların hamısı boş söhbətdir”.
Sözügedən şəxs belə bir əməliyyatın icra olunmadığını desə də, xəstənin sonradan yerləşdirildiyi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin deputatı Rəşad Mahmudov isə faktı təsdiqləyib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, sözügedən klinikaya ambulator tibbi xidmət üçün lisenziya verilsə də, stasionar tibbi xidmətin həyata keçirilməsinə icazə yoxdur.
Klinikanın təqdim etdiyi lisenziya əlavəsinin siyahısında isə göstərilir ki, burada ümumi cərrahiyyə prosesinin həyata keçirilməsi mümkündür.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
www.yenicag.az