Nazirliyin keçmiş əməkdaşı həbsdə boğazını kəsdi

media-hightechnic-468x90

Bakı İstintaq Təcridxanasında intihara cəhd olub.

Yenicag.az xəbər verir ki, intihara cəhd edən təqsirləndirilən şəxs Tural Alışanlı Bakı Ağır Cinayətlər Məhkəməsində barəsindəki cinayət işi üzrə məhkəmədə bildirib. T.Alışanlı məhkəmə prosesinə gətirilərkən boğazı sarğılı olub. O bildirib ki, təcridxanada boğazını kəsərək intihara cəhd edib. Təcridxana nəzarətçilərinin səyi nəticəsində intiharın qarşısı alınıb.

Qeyd edək ki, T. Alışanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq əməkdaşıdır. Qarabağ müharibəsində yaralananlar və həlak olanların ailələri üçün evlər tikən “TUA TT” MMC-nin rəhbəri olub. T.Alışanlı ev tikintisinə ayrılan vəsaitin 515 min manatını mənimsəməkdə təqsirləndirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600