!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Nə qədər yuva dağıldı, nə qədər gözlər...” - Türkiyədəki zəlzələdən sarsılan MƏŞHURLAR

!Reklam – Yazi

Türkiyədə baş verən dəhşətli zəlzələdə həlak olanlar və yaralananların sayı durmadan artır.

Yenicag.az xəbər verir ki, azərbaycanlı məşhurlar qardaş ölkənin acısına şərik olduqlarını, baş verən faciədən sarsıldıqlarını ifadə ediblər.

Müğənni, Xalq artisti Faiq Ağayev:

“Böyük dərddir… Nə qədər yuva dağıldı, nə qədər gözlər əbədi bağlandı… Allahın rəhmi gəlsin. Amma heç bir sübhə yox ki, Türkiyə bu dəhşətli imtahandan keçib, daha güclü, daha müttəhid olacaq”.

Aktrisa, Xalq artisti Məleykə Əsədova:

“2 gündür özümə gələ bilmirəm. Göz yaşlarımı saxlaya bilmirəm. Allah özü kömək olsun türk millətinə. Bütün türk dünyasına səbir diləyirəm”.

Aparıcı Vüsalə Məmmədova:

“Zəlzələni nə öncədən dəqiq proqnozlaşdırmaq mümkündür, nə də qarşısını almaq. İnsan oğlunun əlindən gələn yalnız binaları zəlzələ ehtimalını nəzərə alaraq inşa etməkdir.

Təəssüf ki, bu baxımdan biz də çox yaxşı vəziyyətdə deyilik. Tanrı hamımızı təbii fəlakətlərdən qorusun…

Çox ümid edirəm ki, Türkiyədə zəlzələdən həlak olanların sayı artmayacaq. İnsanlar dağıntılar altından sağ-salamat çıxarılacaq. Ancaq bu bir ümiddir, arzudur. Reallıq isə çox amansızdır.

Dualarım dağıntılar altında kömək gözləyən çarəsiz insanlarla, yorulmadan çalışan xilasedicilərlə və yaralılarladır”.

Cəvahir

www.yenicag.az

670
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv