Nəbi Vural Gəncəyə niyə gəlib?

media-hightechnic-468x90

pages-57Gəncədə “AİKİDO” idman növünə həsr olunmuş seminar-treninq keçirilib.

Tədbir Gəncə şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə gerçəkləşib. Seminar Azərbaycan Texnologiya Universitetinin idman zalında təşkil olunub. Treninqdə Azərbaycanın tanınmış idmançıları ilə yanaşı Türkiyə, Rusiya, Ukrayna və Fransadan olan idmançılar da iştirak edib.

Təlimlər ölkəmizə Fransadan təşrif buyuran Avro-Asiya Aikido Federasiyasının texniki direktoru, 7-ci dan qara kəmər ustası Nəbi Vural tərəfindən aparılıb. Seminarda ümumilikdə 100-ə yaxın aikidoçu iştirak edib.
Müxtəlif yaş qruplarından olan kişi və qadın idmançıların qatıldığı seminara iştirakçıları ayrı-ayrı kəmər dərəcələri üzrə imtahanlardan keçiriblər. Seminar iki gün davam edəcək.

Qeyd edək ki, bu Nəbi Vuralın Gəncəyə ilk işgüzar gəlişi deyil. Mötəbər qonaq 2005-ci ildə də təlim keçmək üçün Nizami yurdunda olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600