Hazırda dünyada ən çox müzakirə edilən, şərh verilən və narahatlıqla izlənilən məsələ Əfqanıstanda “Taliban” silahlılarının mərkəzi hakimiyyəti ələ keçirməsidir.
Maraqlıdır, necə oldu ki, “Taliban” iki həftədən də az bir müddətdə ölkə üzrə idarəetməni ələ ala bildi?
Əvvəla, onu qeyd etmək lazımdır ki, 350 mindən çox əsgər və polisə sahib, milyardlarla dollar xərcələnərək ərsəyə gətirilən Əfqanıstan ordusunun “Taliban” qarşsısında məğlubiyyətinin mərkəzi hakimiyyətin etinasız davranışlarından qaynaqlandığı bildirilir.
Qəni iqtidarının “Taliban”a qarşı savaşan yerlərdəki mübarizə rəhbərləri ilə soyuq münasibəti də məğlubiyyət zınqırovlarının çalınmasına səbəb oldu.
“Taliban”ın stratejik dəyişikliyə gedərək cənub yox, şimal istiqamətində hücuma keçməsi və sərhəd keçid məntəqələrini idarə altına alması hökumət üçün gözlənilməz oldu. Daha sonra marşal Əbdülrəşid Dostumun da “oyundan” kənarlaşdırlması “Taliban”ın irəliləyişini sürətləndirdi. Tacikistanla dövlət sərhədindəki Qunduz şəhərinin ələ keçirilməsi ilə Əfqanıstan qüvvələri ilk məğlubiyyətlərini almış oldular. Sonrası isə domino effekti ilə çözüldü…
Qəninin yerlərdəki tayfa rəhbərləri ilə münasibətinə qayıtsaq, əsas üzdə olan obrazın İsmayıl Xan olduğunu görərik. Xalq hərəkatı liderlərindən İsmayıl Xan dəfələrlə Qəni ilə görüşə cəhd etsə də, sabiq prezident onu gah qəbul etməyib, gah da, “Məşğulam, 5 dəqiqə vaxtın var”, – deyə sözlərini qulaqardına vurub. Lakin sonradan Qəni özü Xandan kömək istəyib. İsmayıl Xan da Qəninin yardım çağırışını qəbul edərək mübarizəni daha da gücləndirib. Lakin Xanın yaxın adamı tərəfindən xəyanətə uğrayaraq “Taliban”ın əlinə keçməsi və onun videosunun yayılması döyüşçüləri ruhdan salıb.
Hadisələr zəncirinin sonunda isə Kabil “Taliban”ın əlinə keçdi…
Yazının tam versiyasi BURADA.
www.yenicag.az