!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neft bazarından asılılığın risk amilləri: "Bu sektorda baş verən dəyişikliklər..." - ŞƏRH

!Reklam – Yazi

“Son 10 ildə hasilatda təxminən 30 faiz azalma hiss olunur”.

Bu sözləri Hesablama Palatasının MM-də “2023-cü il dövlət büdcəsi haqqında qanun layihəsinə dəyişikliklər edilməsi barədə” verdiyi rəyə münasibət bildirən iqtisadçı ekspert Fərid Mehralızadə Yenicag.az-a açıqlamasında qeyd edib.

O, bildirib ki, ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığını azaltmaq məqsədilə alternativ enerji mənbələrinə investisiya yatırılmalı, mümkün şəraitlər təmin edilməlidir:

“Ümumiyyətlə, 2000-ci illərin ortalarından etibarən Azərbaycan iqtisadiyyatına böyük həcmdə neft gəlirləri daxil olmağa başladı. Həmin dövrdən bu yana ölkənin bütün makroiqtisadi göstəricilərinin formalaşması sırf neft-qaz sənayesindən asılıdır. Çünki ixracın təxminən 90 faizi enerji sektoru hesabının payına düşür.

Hər il büdcə gəlirlərinin 52-53 faizi bu sahənin hesabına formalaşır. Təbii ki, belə olan halda enerji bazarında baş verən məqamlar Azərbaycan iqtisadiyyatına birbaşa təsir edir. Bu baxımdan, ölkəmizdə iqtisadi böyümə sürətli olsa belə, risk amilləri qalmaqdadır. Çünki enerji bazarlarında tez-tez dəyişikliklər baş verə bilir. Bizim də bu bazardan yüksək asılılığımızın olması həmin risk amillərini artırır.

Neft bazarında hansısa problemlər olduqda, bunu daha çox hiss edirik. Örnək olaraq bunun 2015-ci ildə şahidi olduq. Həmin vaxt cəmi 1 il ərzində milli valyuta 100 faiz dəyər itirdi. Son dövrlərdə neft hasilatının əvvəlki illərlə müqayisədə azaldığını müşahidə edirik. Belə ki, son 10 ildə hasilatda təxminən 30 faiz azalma hiss olunur. Bu da getdikcə neftin daha dərin qatlardan çıxarılması və bunun da baha başa gəlməsi, bəzi ehtiyyatların tükənməsi və s. səbəblərdən ibarətdir. Digər bir səbəb dünyada yaşıl enerjiyə keçid proseslərinin Rusiya-Ukrayna müharibəsindən sonra sürətlənməsidir. Qərb ölkələri Rusiyadan enerji asılılığını azaltmaq üçün alternativ enerji mənbələrinə daha çox investisiya edir. Bu baxımdan ölkədə qeyri-neft sektorunun inkişafı heç olmadığı qədər önəmlidir. Çünki artıq dünyada iqtisadi kondiktura dəyişir. Hökumət mütləq şəkildə bu yönümlü addımlar atmalıdır. Bunun üçün də rəqabət mühiti yaradılmalı, biznes münasibətləri daha şəffaf olmalıdır. Həmçinin məhkəmə-hüquq sistemi və qanunun aliliyi ilə ciddi işlər görülməlidir. Xarici investisiyaların cəlb edilməsi vacibdir. Biz enerji sektorundan asılı qalmağa davam etsək, bu sektorda baş verən dəyişikliklər iqtisadiyyatımızda həlledici rol oynamağa davam edəcək. Əksi təqdirdə, inkişaf üçün şərait artırılsa, sözügedən məsələlər iqdisadiyyatımızda çox da hiss edilməyəcək.”

Yusif Səmədzadə

www.yenicag.az

330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv