Neft daşıyan yük maşını buzun altına düşdü - VİDEO

media-hightechnic-468x90

Neft daşıyan yük maşını buzun altına düşüb.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, hadisə Lena çayında baş verib. Qəza zamanı yük maşınında 20 ton neft olub.

Hazırda xilasedicilər maşını buzun altından çıxarmağa və yanacağın daha geniş əraziyə yayılmasının qarşısını almağa çalışırlar.

Çay üzərindəki buzun nazik olması vəziyyəti daha da çətinləşdirir. Belə ki, texnika qəza yerinə yaxınlaşa bilmir. Qəza baş verən ərazidə dərinlik 5 m, sahilə məsafə isə 30 m-dir.

Qəza sürücünün səhvi ucbatından baş verib. Belə ki sürücü yolu qısaltmağa çalışıb.

İlk olaraq yerli sakinlər özləri yanacaq daşıyan maşını sudan çıxarmağa çalışıblar. Onların bu cəhdi avtokranın da buzun altına düşməsilə nəticələnib.

 

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa