Neft ixrac edən limana hücum
Liviyada radikal islamçı qruplar ölkənin ən böyük neft ixrac edən limanını raketlərdən atəşə tutub.
Yenicag.az saytı Türkiyə mediasına istinadən məlumat verir ki, hücum nəticəsində 20-dən çox əsgər həyatını itirib. Eyni zamanda bir yanacaq daşıyan avtomobil də hücum nəticəsində alova bürünüb.
Daha sonra yaranan yanğın nəticəsində digər avadanlıqlara, o cümlədən teknikaya ciddi ziyan dəyib. Tərəflər arasında baş verən atışma nəticəsində yanğına nəzarət mümkünsüz hala gəlib.
Qeyd edək ki, analoji hücum ölkənin Sirtə şəhərində də baş verib. Orada isə ən az 19 əsgərin həyatını itirdiyi bildirilir.