“Neftçi”nin Çempionlar Liqasındakı rəqibi bəlli oldu
Növbəti mövsüm Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin qadın futbolçulardan ibarət komandasının turnirdəki rəqibi müəyyənləşib.
Yenicag.az xəbər verir ki, “ağ-qaralar” dördüncü qrupda Türkiyənin “Fomget” kollektivi ilə qarşılaşacaq.
Siyasət Əsgərovun komandası yarımfinalda türkləri məğlub edəcəyi halda finalda İsrail təmsilçisi “Kiryat”la münasiblərini aydınlaşdıracaq.
Qeyd edək ki, “Neftçi” yarımfinal mərhələsindəki matçını iyulun 30-da səfərdə keçirəcək.