“Neftçi” – “Qarabağ” oyununun yeri dəyişdirildi

media-hightechnic-468x90

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi” – “Qarabağ” oyununun yeri dəyişdirilib.

Yenicag.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə “ağ-qaralar” “Qarabağ”la matçın məkanının dəyişdirilməsi üçün PFL-ə müraciət edib.

“Qarabağ” klubunun rəsmi razılığını nəzərə alan qurum VII turda baş tutacaq “Neftçi” – “Qarabağ” oyunu ilə XV turun “Qarabağ” – “Neftçi” matçının yerini dəyişdirib. Qarşılaşma sentyabrın 20-də saat 20:00-da “Azərsun Arena”da reallaşacaq

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa