“Neftçi” Rusiyada keçiriləcək turnirlə bağlı açıqlama yaydı

media-hightechnic-468x90

“Neftçi”nin Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq ənənəvi “Matç TV” turnirində iştirakı dəqiqləşib.

Yenicag.az xəbər verir ki, bu barədə klub rəsmi “Twitter” hesabında paylaşım edib:

“Biz “Match TV Cup” üçün Sankt-Peterburqa gəlirik”, – paylaşımda qeyd olunub.

Bu il turnirdə “Neftçi”dən başqa “Fənərbağça” (Türkiyə), “Srvena Zvezda” (Serbiya) və “Zenit” (Rusiya) mübarizə aparacaqlar.
Qeyd edək ki, Rusiyada ordu ilə “Vaqner” hərbi qruplaşması arasında baş verən münaqişələrə görə turnirin baş tutmamaq ehtimalı yaranmışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600