“Neftçi” – “Sabah” oyununun yeri yenə dəyişdirildi

media-hightechnic-468x90

Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək “Neftçi” – “Sabah” oyununun yeri növbəti dəfə dəyişdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb. Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “Liv Bona Dea Arena”da deyil, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq.

Qeyd edək ki, “Neftçi” – “Sabah” görüşü sabah saat 20:30-da start götürəcək. Bu qarşılaşmanın yeri daha əvvəl “Neftçi Arena”dan “Liv Bona Dea Arena”ya dəyişdirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600