!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi” “Səbail”i məğlub etdi

!Reklam – Yazi

Misli Premyer Liqasının XXVII turunda “Neftçi” “Səbail”i məğlub edib.

Yenicag.az xəbər verir ki, “ASCO Arena”da keçirilən qarşılaşma Samir Abasovun rəhbərlik etdiyi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi”nin heyətində Filip Ozobiç (17) və “Elvin Camalov (29) fərqlənib. “Səbail”in yeganə qolunu isə 43-cü dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldən “Neftçi” turnir cədvəlində altıncı pillədə yer alıb. 18 xala malik “Səbail” isə sonuncu – 10-cudur.

Turun son matçı bu gün Tovuz şəhər stadionunda “Turan Tovuz”la “Sumqayıt” arasında baş tutacaq. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Araz-Naxçıvan” “Şamaxı” (1:1) ilə, “Kəpəz” “Qarabağ”la (0:0), “Sabah” isə “Zirə” (1:1) ilə heç-heçəyə razılaşıb./Report/

www.yenicag.az

79
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv