“Neftçi” səfərdə “Kəpəz”ə məğlub oldu

media-hightechnic-468x90

Misli Premyer Liqasında XXV tura yekun vurulub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bağlanış oyununda “Neftçi” səfərdə “Kəpəz”in qonağı olub. Tovuz şəhər stadionunda reallaşan görüşdə Gəncə təmsilçisi rəqibini minimal hesabla məğlub edib. Yeganə qolu 50-ci dəqiqədə Şervoni Mabatşoyev vurub.

Bu nəticədən sonra xallarını 22-yə çatdıran Qərb təmsilçisi 9-cu pillədə qərarlaşıb. “Kəpəz”in turnir cədvəlindəki mövqeyi dəyişməsə də, komanda 8-ci yerdəki “Sumqayıt”la xallarının sayını bərabərləşdirib. “Neftçi” isə 27 xalla 6-cı sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Qarabağ” “Sumqayıt”ı, “Şamaxı” “Səbail”i, “Zirə” “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub edib. “Sabah” – “Araz-Naxçıvan” matçı isə qollu heç-heçə ilə yekunlaşıb – 2:2.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05