“Neftçi” – “Turan Tovuz” oyunu heç-heçə ilə bitdi

media-hightechnic-468x90

Futbol üzrə Misli Premyer Liqasında XXVI tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, günün sonuncu qarşılaşmasında “Neftçi” evdə “Turan Tovuz”u qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Ağ-qaralar”da 88-ci dəqiqədə Bassala Sambu, bölgə təmsilçisində isə 90+5-ci dəqiqədə Hayderson Hurtado fərqlənib.

Bu nəticədən sonra paytaxt klubu 28 xalla 6-cı, tovuzlular isə 43 xalla 4-cü pillədə qərarlaşıb.

Bu gün təşkil olunmuş ilk oyunda “Sumqayıt” “Kəpəz”in qapısından 3 cavabsız qol keçirib.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1, “Şamaxı” “Sabah”ı, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600