“Neftçi”dən ayrılan baş məşqçi bu kluba rəhbərlik edəcək

media-hightechnic-468x90

“Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri məlum olub.

Yenicag.az xəbər verir ki, ukraynalı çalışdırıcı ölkəsinin LNZ (Çerkassı) klubuna rəhbərlik edəcək. 59 yaşlı mütəxəssislə bağlanan müqavilənin detalları açıqlanmayıb.

O, bu vəzifədə ispaniyalı Andres Karraskonu əvəzləyib.

Qeyd edək ki, Roman Qriqorçuk “Neftçi” ilə yanaşı, “Qəbələ” komandasının da baş məşqçisi olub. Mütəxəssis bu ilin oktyabr ayında “Neftçi” ilə yollarını ayırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600