!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Neftçi"dən ilk transfer, 3 oyunçu ilə müqavilə yeniləndi - FOTO

!Reklam – Yazi

“Neftçi” PFK 2018/2019 mövsümü üçün ilk transferini rəsmiləşdirib.

Yenicag.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Tural Axundov 1 illik müqaviləyə imza atıb. 29 yaşlı cinah müdafiəçisi komandanın heyətində 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, T.Axundov karyerası ərzində “Muğan”ın (39 oyun, 3 qol), “Rəvan”ın (54 oyun), “Simurq”un (63 oyun) və “Kəpəz”in (62 oyun, 11 qol) formasını geyinib. Ötən mövsüm “Sumqayıt”ın heyətində çıxış edən 18 nömrə 32 görüşdə 4 qol vurub.

Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunandan sonra yığmaya da dəvət alan futbolçu Belarus və Makedoniya ilə yoxlama görüşlərində forma geyinib.

Bundan başqa, ötən mövsüm “Neftçi”nin heyətində çıxış edən 3 futbolçu ilə müqavilə yenilənib. Komandanın kapitanı Ruslan Abışov 2 il, Məhəmməd Mirzəbəyov isə daha 1 il “ağ-qara” formanı geyinəcək. Ukraynalı arxa xətt oyunçusu Kirilo Petrovla isə müqavilə 1+1 il müddətinə artırılıb.

Qeyd edək ki, ötən mövsüm R.Abışov 30 oyunda 5 qol, K.Petrov 24 görüşdə 1 qol vurub. M.Mirzəbəyov isə 23 oyunda meydana çıxıb.

www.yenicag.az

2168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv