“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.
FHN-dən APA-ya verilən məlumata görə, hazırda Nazirliyin “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 4 helikopteri və “B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.
Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işlərini davam etdirir.
Qeyd edək ki, dekabrın 4-də baş vermiş yanğında 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.
www.yenicag.az