!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi”nin kapitanı üzr istədi: “Utanıram

!Reklam – Yazi

“Neftçi”nin kapitanı Emin Mahmudov uğursuz mövsümə görə azarkeşlərdən üzr istəyib.

Yenicag.az xəbər verir ki, kapitan bu barədə “Instagram” hesabında yazıb.

“Əziz “Neftçi” azarkeşləri, necə gündür ki, sizə yazmaq istəyirəm. Ancaq indi özümdə güc və inam tapıb sizə səslənirəm. Bilirəm ki, bu dəqiqə çox üzgünsünüz. Gözləntilərinizi qarşılaya bilmədik. İstədiyimizi, istədiyinizi verə bilmədik. Bilməyinizi istəyirəm ki, nəyinki son oyuna görə, ümumi mövsümə görə çox utanıram. Sizlər bu nəticəyə layiq deyilsiniz. “Neftçi” ailəsinin kapitanı olaraq sizə bunları yaşatdığımıza görə üzr istəyirəm!” – deyə Mahmudov qeyd edib.

Qeyd edək ki, “Neftçi” cari mövsümü 5-ci pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.

COP29

www.yenicag.az

187
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv