“Neftçi”nin oyunçusu təhqir olundu

media-hightechnic-468x90

neftci_58756762665Ebola virusunun Syerra-Leonedə yayılması və ölümlərə səbəb olması ölkə millisinin futbolçularını da pis vəziyyətdə qoyub.

Millinin üzvləri bu səbəbdən yoldaşlıq matçlarında təhqir olunub.

Son olaraq səfərdə Kamerunla qarşılaşan yığmanın futbolçuları hava limanı və stadionda müxtəlif tibbi testdən keçiblər. Bundan başqa, onlar bomboş oteldə yerləşdiriliblər.

Bu azmış kimi Kamerun millisinin futbolçuları matçın əvvəlində Syerra-Leonenin üzvləri ilə salamlaşmayıblar, forma dəyişdirməyiblər. Stadiondakı azarkeşlər isə Syerr- Leonedə millisinin futbolçularına “Ebola, Ebola” şüarları səsləndiriblər.

Qeyd edək ki, “Neftçi”nin futbolçusu Julius Vobay da Syerra-Leone millisinin şərəfini qoruyur. O, Kamerunla yoldaşlıq matçında əsas heyətdə meydana çıxıb. (milli.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600