Neftlə məhdudlaşmayan SƏRMAYƏLƏR: Azərbaycanın qeyri-neft sektoru GENİŞLƏNİR

media-hightechnic-468x90

“Xarici investorların Azərbaycana marağı Azərbaycanın neft və qeyri-neft sektoruna beynəlxalq layihələr qazandıracaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.

İqtisadçı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-də keçirilən görüşlərini təhlil edərək bu görüşlərin gələcəkdə Azərbaycana gətirəcəyi faydalardan danışıb:

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir sıra xarici investorlarla görüşü yaxın və gələcək perspektivdə atılmış son dərəcə uğurlu və strateji addımdır. Azərbaycan qaz tədarükü sahəsində Rusiya üçün həm neft infrastrukturu, həm müasir texnologiyaların tətbiqi, eyni zamanda geostrateji mövqeyi, logistika baxımından Rusiyaya alternativ olan ən önəmli ölkələrdən biridir və birincisidir. Belə olduğu halda, Aİ ilə Azərbaycanın müxtəlif beynəlxalq layihələr vasitəsilə qaz nəqlinin həyata keçirilməsi ilə bağlı uğurlu təcrübəsi var. Azərbaycan özünü etibarlı tərəfdaş kimi göstərməyə nail olub”.

A. İbrahimov qeyd edib ki, yaxın gələcəkdə Azərbaycan xarici investorların yatırımları ilə bir qədər də zənginləşəcək:

“Bu görüşlərin son dərəcə strateji əhəmiyyəti bir sıra sahələrində inkişafına gətirib çıxara biləcək. İlkin olaraq onu deyə bilərəm ki, Azərbaycanın yeni qaz tədarükü bazarlarına daxil olması istiqamətindən xarici investorların Azərbaycana cəlb edilməsi baxımından çox vacibdir. Bu Azərbaycana yeni sərmayələrin daxil olmasına gətirib çıxaracaq. Bu sərmayələr də bilavasitə tək neft sektoru ilə məhdudlaşmayacaq, digər sahələri də həm dolayısı həm də birbaşa əhatə edən yatırımlar olacaq”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa