Nemtsova aid yeni görüntülər ortaya çıxdı-Video

media-hightechnic-468x90

84881 (1)Rusiyalı müxalifət lideri Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı yeni görüntülər yayılıb. Yenicag.az anspress-ə istinadən xəbər verir ki, görüntülər qətldən üç dəqiqə sonra çəkilib.

Yeni görüntüləri jurnalist Tonya Samsonov “Exo Moskvı” radiostansiyasının saytında yayıb.

Görüntülər Böyük Moskva çayı körpüsündə siyasətçi Boris Nemtsovun qətlə yetirildiyi yerin yanından keçən avtomobilin videoreqistratoruna düşüb..

Samsonovun sözlərinə görə, video Boris Nemtsovun qətlini araşdıran Rusiya İstintaq komitəsinə verilib.
Videonun bir dəqiqə çəkir. Yazıdan göründüyü kimi, avtomobil Vasilyev enişinə tərəf Kreml sahili boyu hərəkət edir və sonra Böyük Moskva çayı körpüsünə gəlir.

Xatırladaq ki, B.Nemtsov fevralın 28-də gecə saatlarında qətlə yetirilib. Onun bədənində 4 güllə yarası olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600