Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nəqliyyat Nazirliyindən “Şamaxinka tıxacı” ilə bağlı şad xəbər – Özəl

axar.az1391166406namiq-hesenovNamiq Həsənov: “3-4 aydan sonra avtovağzal yaxınlığında yaranan tıxac probleminin həllinə nail olacağıq”


Sumqayıt yolundan Bakıya hərəkət edən maşın karvanı hər gün avtovağzala qədər olan məsafəni tıxac olmadan demək olar ki, rahat qət edir. Amma avtovağzala yaxınlaşan ərəfədə yolun daralması fonunda avtomobillər sıx tıxacla üz-üzə qalırlar. Nəticədə kiçik bir məsafəni maşınlar uzun müddətə keçməli olurlar. Görəsən, bu problemin aradan qaldırılması üçün Nəqliyyat Nazirliyi hansısa tədbirlət həyata keçirirmi?

Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Yenicag.az saytına açıqlamasında 3-4 aya problemin müsbət həll ediləcəyini bildirdi: “Artıq bu istiqamətdə yaranan problemin aradan qaldırılması üçün iş başlayıb. Avtovağzal yaxınlığında yeni bir yol qovşağı, körpü tikilir. Həmin körpünün inşaası təxminən gələn ilin martında başa çatmalıdır. Ondan sonra həm avtovağzaldan çıxan avtobuslar şəhərə daxil olmadan birbaşa rayonlara gedəcək, eyni zamanda, Xochəsəndən Sulu Təpə və əks istiqamətə gedən maşınlar Bakı-Sumqayıt yoluna çıxmadan yollarına davam edə biləcəklər. Güman edirik ki, bu əsasda maksimim 3-4 aydan sonra avtovağzal yaxınlığında yaranan tıxac probleminin həllinə nail olacağıq”.

Rüfət/Yenicag.az

Loading...

www.yenicag.az

494