Güney Azərbaycanda milli hökumətin rəhbəri olmuş Seyid Cəfər Pişəvəri bolşevik Nəriman Nərimanovla eyniləşdirilib.
Yenicag.az xəbər verir ki, Azərbaycan Yüksəliş Partiyasının 21 Azər Hərəkatının növbəti ildönümü ilə bağlı düzənlədiyi tədbirdə çıxış edən Azərbaycanın İrandakı sabiq səfiri professor Nəsib Nəsibli 1945-46-cı illərdə Güney Azərbaycanda mövcud olmuş Milli Hökumətin başçısı Seyid Cəfər Pişəvəriyə yönəlik tənqidi fikirlər səsləndirib.
O, Pişəvərinin bolşeviklərlə sıx əməkdaşlıq etdiyini, Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) qarşı mübarizə apardığını diqqətə çatdırıb.
“Bu fəaliyyətinə görə Pişəvərini Güney Azərbaycanın Nəriman Nərimanovu da adlandıra bilərik. Pişəvəri də bolşeviklərlə birlikdə Cümhuriyyətə qarşı mübarizə aparıb.
Ümumiyyətlə, 21 Azər hərəkatını Pişəvərinin adı ilə bağlamaq doğru deyil. O, Milli Hərəkat idi.
Pişəvəri Güney Azərbaycanı hər zaman İranın ayrılmaz tərkib hissəsi kimi təqdim edib. İndi onu milli lider kimi tanıtmaq yanlışdır”.
www.yenicag.az