!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimidə 2015-ci ilin yekunları müzakirə edilib

!Reklam – Yazi

acac0458-e2fe-4514-b3f3-07b0bba0fea6Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmişdir. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ambassador otelində Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən və 2015-ci ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Vəliyev bildirmişdir ki, ərazidə hazırda 86000-dən artıq əhali yaşayır.

Hesabat dövründə Azadlıq prospekti 38, 40, 44, 53, 55, 56, 57, 59, 61,63,65,67,70,72,73,75,77,103,105,107,S.Vurğun 110,116,Ə.Salamzadə küçəsində yerləşən bir sıra obyektlərin fasadlarına aqlay daş (isti aqlay) vurulmuş, Tiblisi prospekt, H.Ələsgərov, S.Vurğun küçələrində yeni yaşilliq zolaqları salınmış, Ak.H.Əliyev, M.Qaşqay, H.Ələsgərov küçələrində,Azadlıq prospektində səkilərə tamet daşlar vurulmuşdur.

Tbilisi prospektində yerləşən H.Əliyev adına İdman Arenası əsaslı təmir olunmuş,İdman Arenasının və Azad olunmuş Enerji abidə -kompleksinin ətrafında geniş miqyaslı abadlıq və yenidənqurma,yaşılllaşdırma işləri aparılmışdır.

S.Vurğun küçəsində, Tbilisi prospektində, Ak.Həsən Əliyev küçəsində yaşıllaşdirma işləri aparılmış,yeni ağac və gül kolları əkilmiş,qazon örtüyü vurulmuşdur.

Ə.V.Salamzadə küçəsində (Tbilisi prospektindən Ceyhun Səlimov küçəsinə qədər) yenidənqurma işləri aparılmışdır,divarlara 900 kv.m aqlay daşı vurulmuş, qazon örtüyü vurulmuş,hasar çəkilmiş,1800 kv.m asfalt örtüyü vurulmuş və 300 p/m su xətti dəyişdirilmişdir.
Mərdanov qardaşları küçəsi 96 və 100 saylı binanın; S. Vurğun küçəsi 81a saylı binanın; Mirqasımov küçəsi 2 saylı ünvanda yerləşən cərrahiyə korpusunun fasad hissəsi yeni örtüklə üzlənmişdir.

Zorge parkında və R.Behbudov küçəsində yerləşən parkda “Azərişıq” ASC tərəfindən 2 ədəd yarımstansiya inşa edilmiş və ərazinin yol və səki tərəfində kabelləşmə işləri aparılmışdır.
10 may 2015-ci ildə Ə.Qasımzadə küçəsi 72 saylı ünvanda yerləşən 1 saylı “Körpə üşaq evi” H.Əliyev Fondu tərəfindən əsaslı təmir edilərək istifadəyə verilib. Açılış mərasimində Azərbaycanın 1-ci xanımı,H.Əliyev Fondunun Prezidenti,millət vəkili Mehriban xanım Əliyeva iştirak etmişdir.
Dövlət proqramına əsasən 135 saylı uşaq bağçası əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.

Cari ilin oktyabr – noyabr aylarında rayon İcra Hakimiyyəti tərəfindən S.Vurğun küçəsi 116 ünvanında yerləşən binanın fasadı əsaslı təmir olunmuşdur 11 girişdən ibarət olan 5 mərtəbəli binanın fasadındarəngləmə işləri aparılmış, qapı və pəncərələrə karniz, divarlara bəzək elementləri vurulmuş,eyvanlarda dəmir barmaqlıqlar rənglənmişdir.

Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı abadlıq quruculuq sakinlərin həyat şəraitinin daha da yüksəldilməsi üçün görülməli olan işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışmışdır. A.Əsgərov 2015-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir. Bidirmişdir ki, RİH tərəfindən görülən işlərdən əlavə digər məhəllələr də abadlaşdırılacaq, yolların təmiri, küçələrin asfaltlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər görüləcəkdir.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov 10 yanvar 2016–cı il tarixdə Nazirlər Kabinetinin 2015–ci ilin sosial iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağında ölkə başçısının nitqindən irəli gələn vəzifələrlə bağlı görüləcək işləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Yığıncaqda rayon sakinlərindən Filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, şəhid atası Gülverdi Məlikov, 5 saylı poliklinikanın həkimi Təranə Ağabalayeva və ərazidəki Dadaş Məşədi Zülfüqaroğlu Məscidinin dini icmasının rəhbəri, axund Şahin Həsənli çıxış edərək respublikada aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrinin xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirmişlər.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.

www.yenicag.az

958
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv