Netanyahu Bayden ilə görüşəcək

media-hightechnic-468x90

İsrailin Baş naziri Binyamin Netanyahu iyulun 22-də ABŞ-a səfər edəcək və orada iyulun 23-də ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

Yenicag.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

“Baş nazir Binyamin Netanyahunun ABŞ Prezidenti Co Bayden ilə görüşü iyulun 23-də baş tutacaq. Baş nazir sabah səhər ABŞ-yə uçacaq”, – məlumatda deyilir.

Qeyd olunub ki, İsrailin Baş naziri iyulun 24-də Konqresin hər iki palatasının birgə iclasında çıxış edəcək./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa