“Netanyahu Hitlerin yəhudi dədəsinə rəhmət oxutdurur” – Qəzza ilə bağlı DƏHŞƏTLİ PLAN NƏDİR?

media-hightechnic-468x90

“İsrail bu siyasəti dəyişməsə, bir neçə ilə təcrid olunacaq”.

Bu sözləri Fələstinin dövlət kimi 150-dən çox ölkə tərəfindən tanınması və bundan sonra baş verəcək hadisələri Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

media-zerdust1

O, bildirib ki, Fələstinin dövlət kimi tanınmasında ABŞ-nin qərarı əsas olacaq:

“BMT-nin 150 dövləti Fələstini dövlət kimi tanıyır. Ancaq onların çəkisi ABŞ-nin çəkisi qədər deyil. ABŞ Prezidenti kəskin tənqid etdi ki, Fələstin dövlətini tanımaq lazım deyil. Faktiki olaraq 1947-ci ildə BMT-nin qəbul etdiyi qərarla iki dövlət yaranmalı idi. ABŞ və İsrail qərarın bir hissəsini tanıyırlar, bir hissəsini tanımırlar. Bu, beynəlxalq hüquqa etinasızlıq deməkdir”.

Z. Əlizadə diqqətə çatdırıb ki, hazırda İsrail dövlətinin nüfuzu aşağı düşüb:

“Yəni sionizmin faşizmin bir forması olması artıq şübhə doğurmur. 1970-ci illərdə BMT sionizmi faşizmin bir növü saymışdı. Sonradan ABŞ bir-bir dövlətləri razı saldı və sonda BMT bu qətnaməni ləğv etdi. İsrail dünyadan təcrid olunur və Avropanın bir çox dövlətləri İsrailə silah satmaqdan imtina edirlər. Türkiyə də İsraillə iqtisadi əlaqələri kəsib. Yəqin ki, Azərbaycanın neft satışı da dayanacaq. Misir Süveyşdən gedən gəmiləri İsrailə buraxmır, ciddi yoxlamalar aparılır. Husilər isə Qırmızı dənizdə İsrailə gedən gəmiləri vurur”.

Müsahibimizin fikrincə, hazırda Misir kəskin mövqe ortaya qoyub:

“Rəsmi Qahirə bildirir ki, lazım olsa, fələstinliləri müdafiə edəcəklər. Belə bir şəraitdə İsrailin vəziyyəti ağırlaşır, ancaq buna baxmayaraq, İsrail güclüdür. Netanyahu devrilməsə, İsraiı bu siyasəti dəyişməsə, bir neçə ilə təcrid olunacaq. Eynən Cənubi Afrika Respublikasında aparteid rejiminin başına gələnlər İsrailin də başına gələ bilər. Qəzzadakı soyqırımı ilə Netanyahu Adolf Hitlerin yəhudi dədəsinə rəhmət oxutdurur. Holokost əfsanəsi legitimliyini sarsıtdı. Holokost olub və bunun haqqındakı məlumat İkinci Dünya müharibəsi bitəndən sonra bəşəriyyət bildi. İndi Qəzzadakı soyqırımı canlı yayımda baş verir. Bu soyqırımı məzlum, yazıq yəhudi xalqı haqqındakı əfsanəni puça çevirir. 82 faiz israillilər buna dəstək verirsə, burada onların da günahı var. İsrailin gələcəyini görmürəm”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa