Netanyahunun sammitə gələcəyi deyildi, Ərdoğanın təyyarəsi eniş etmədi

media-hightechnic-468x90

Türkiyə son dəqiqəyə qədər Qəzza sammitinin təşkilatçıları ilə diplomatik danışıqlar apararaq, İsrailin baş naziri Binyamin Netanyahunun iştirakına mane olub. 

Yenicag.az xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti yazıb.

Məlumata görə, daha bir neçə ölkə Ankaranın mövqeyini dəstəkləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misir hakimiyyətinə İsrailin baş naziri Benyamin Netanyahunun qatılacağı təqdirdə Qəzza sammitində iştirak etməyəcəyini bildirib.

Qeyd olunub ki, Ərdoğanı daşıyan təyyarə Şarm əl-Şeyxə yaxınlaşarkən Netanyahunun sammitə gələcəyi bildirilib. Bundan sonra təyyarə uçuş-enmə zolağından yan keçib, Qırmızı dənizin hava məkanında havada dövrə vurub. Yalnız İsrail liderinin geri çəkilməsindən sonra Ərdoğanın təyyarəsi yerə enib.

Xarici işlər naziri Hakan Fidan da amerikalı həmkarı Marko Rubioya zəng edərək, Netanyahunun iştirak edəcəyi təqdirdə Türkiyənin sammitə qatılmaqdan imtina edəcəyini bildirib. /unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa