"Netflix" qiymətləri endirdi - Azərbaycanda isə...

media-hightechnic-468x90

Yayım platforması “Netflix” 30-dan çox ölkədə qiymətləri endirib.

Yenicag.az xəbər verir ki, “Neftlix” daha çox abunəçi cəlb etmək üçün belə qərar qəbul edib. Məlumata görə, qiymət endirimi Asiyanın, Avropanın, Latın Amerikasının, Afrikanın və və Yaxın Şərqin bəzi ölkələrini əhatə edir.

Abunə haqqının aşağı salındığı ölkələrə Malayziya, İndoneziya, Tailand, Filippin, Xorvatiya, Venesuela, Keniya və İran da daxildir. Məlumata görə, bəzi hallarda abunə pulu 50 faiz endirilib. Həmin ölkələr arasında Azərbaycanın adına rast gəlinməyib.

“Üzvlərimizin təcrübəsini təkmilləşdirmək üçün həmişə araşdırma aparırıq. Bəzi ölkələrdə qiymətləri yenilədiyimizi təsdiqləyə bilərik”, – deyə “Neftlix” şirkətindən açıqlama verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa