Nəticələr açıqlandı

media-hightechnic-468x90

tqdq_2014Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 5-də keçirdiyi sınaq imtahanının nəticələrini açıqlayıb.

Bu barədə TQDK-dan məlumat verilib. Bildirilib ki, artıq nəticələr komissiyanın saytındadır.
Qeyd edək ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunub.

İmtahan bütün mərkəzlərdə təlimata uyğun olaraq keçirilib. İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600