!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəticəsiz görüşlərin ƏHƏMİYYƏTİ: "Azərbaycana qarşı olan ölkələr..." - MÖVQE

!Reklam – Yazi

“Görüşlər davam edəcək, eyni zamanda antiterror əməliyyatı da olacaq”.

Bu sözləri Azərbaycanla Ermənistan arasında nəticəsiz də olsa, görüşlərin keçirilməsi, bunun əhəmiyyətini şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, görüşlərin müsbət tərəfi Azərbaycana qarşı olan ölkələri neytrallaşdırmaqdır:

“Bir il öncə proqnoz vermişdik ki, çoxlu sayda görüşlər olacaq, ancaq sülh müqaviləsinin imzalanması üçün bunlar yetərli deyil. Bunun da müxtəlif səbəbləri var. Ermənistan cəmiyyəti, Paşinyan başda olmaqla, hökuməti yekun sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın ərazi bütövlüyünü sənəd üzərində tanımağa, Qarabağın Azərbaycanın tərkibində olmasına, Qarabağdakı silahlıların çıxarılmasına, Xankəndiyə ayrılan vəsaiti dayandırmağa hazır deyil.

44 günlük müharibədən sonra Azərbaycana çox sayda basqılar edilirdi. Azərbaycanın öz içindən də basqılar vardı. Görüşlərin əhəmiyyəti ondan barətdir ki, Azərbaycana olan basqıları yavaş-yavaş neytrallaşdırdıq. Paralel olaraq Qərblə əməkdaşlıq tendensiyasını gücləndirdik. ABŞ-nin Azərbaycana münasibəti dəyişib. ABŞ Prezidenti Co Bayden 3 gün ərzində 2 məktub göndərib. Birinci məktub Müstəqillik günü, digəri isə neft-qaz sərgisi ilə bağlı idi. Bayden Azərbaycana Ukraynaya edilən dəstəyə görə, terrorla mübarizəyə dəstək verməyə və sülh müqaviləsinin imzalanmasında göstərilən səylərə görə təşəkkür etdi. Görüşlər nəticəsində Azərbaycana qarşı olan ölkələri neytrallaşdırırıq, paralel olaraq da sahədə irəliləyirik. Hər gün bir addım irəli getməliyik. Görüşlərin tək əhəmiyyəti budur, başqa heç nə. Heç kim deməyəndə də, mən deyirdim ki, sülh müqaviləsi imzalanmayacaq.

Ermənistan görür ki, Azərbaycan sahədə irəliləyir, ona görə də məcbur olub sözdə ərazi bütövlüyümüzü tanıdıqlarını deyirlər. Növbəti görüşlər də olacaq, eyni zamanda antiterror əməliyyatı da olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv