Neymar koronavirusa yoluxdu

media-hightechnic-468x90

Braziliya millisinin və “Santos”un futbolçusu Neymar koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, iyunun 5-də xəstəliyin simptomları özünü göstərdikdən sonra hücumçu klubun həkimləri tərəfindən tibbi müayinədən keçirilib. Laboratoriya testlərindən sonra oyunçuda COVID-19 aşkarlanıb. Dərhal komandadan kənarlaşdırılan forvardın hazırda evində istirahət etdiyi və simptomatik müalicə aldığı vurğulanıb.

Qeyd edək ki, Neymar bu mövsüm “Santos”un heyətində bütün turnirlərdə 14 oyun keçirib, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə edib./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05