“Nida”çı gənc universitetə bərpa olundu

media-hightechnic-468x90

81688Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan “Nida”çı fəal Şahin Novruzlu Odlar Yurdu Universitetinə bərpa olunub.
Şahin Novruzlunun bacısı Natəvan Novruzlu “Media forum” saytına bildirib ki, qardaşı təhsilini 1-ci kursdan davam etdirir.

19 yaşlı Şahin Novruzlu 2013-cü ilin yazında 7 “Nida”çı gənclə tutulmuş və 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Şahin Novruzlu azadlığa çıxmazdan bir neçə gün qabaq – oktyabrın 14-də onun 53 yaşlı atası İbrahim Novruzlu ürək tutmasından vəfat edib. (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600