Niderlandın azərbaycanlı milli qəhrəmanı Ostervijk şəhərində yad edildi - FOTO

media-hightechnic-468x90

Niderlandın azərbaycanlı milli qəhrəmanı “Medo” ləqəbli Məmməd Məmmədov Ostervijk şəhərində yad edilib.

Yenicag.az xəbər verir ki, Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə, diplomatlar və Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının (EAPCA) baş katibi Sahil Qasımov Niderlandın Ostervijk şəhərində İkinci Dünya müharibəsi zamanı Niderland müqavimət hərəkatına rəhbərlik etmiş azərbaycanlı qəhrəman Məmməd Məmmədovun (ləqəbi “Medo”) xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Tədbirdə şəhərin meri, CDA partiyasının nümayəndəsi Hans Janssen, qəhrəmanın qızı Nensi Doomen və həyat yoldaşı Adri Doomen də iştirak ediblər. Rəsmi nümayəndə heyəti həmçinin, qəhrəmanın adını daşıyan “Mamed Mamedovpad” küçəsini də ziyarət edib.

Qeyd edək ki, Məmməd Məmmədovun adının əbədiləşdirilməsi təşəbbüsü 2012-ci ildə Azərbaycanın o dövrdəki səfiri Fuad İsgəndərov tərəfindən irəli sürülmüşdü. Əslən Zaqatala rayonunun Muğanlı kəndindən olan qəhrəman, bu gün də Zaqatala ilə Ostervijk arasında mənəvi körpü rolunu oynayır.

2019-cu ildə Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsi və Zaqatala rayon rəhbərliyinin dəstəyi ilə qəhrəmanın doğulduğu Muğanlı kəndində Ev Muzeyi yaradılıb. Muzeyin açılışında Məmməd Məmmədovun ailəsi və Ostervijk şəhərinin nümayəndə heyəti iştirak etmişdi. Həmin ilin mayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Medonun ailə üzvləri ilə görüşərək onları Azərbaycana dəvət etmişdilər.

 

 

Xatırladaq ki, Məmməd Məmmədov Niderland Krallığının fəxri üzvü olub, ölkənin milli qəhrəmanı adına layiq görülüb. O, Kraliça Beatriks tərəfindən “Oranje Nassau Ordeni” ilə təltif olunub və “Cəngavər” tituluna layiq görülüb. Prezident İlham Əliyevin sərəncamı ilə o, “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” medalı ilə də təltif olunmuşdur.

Səfir Məmməd Əhmədzadə və Ostervijk şəhər rəhbərliyi arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa