“İkinci dəfə ailə qurmağım səhvim idi”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Nigar Şabanova “Tarixin bir günü” verilişində deyib.
Nigar ikinci dəfə ailə qurmasını həyatının səhvi adlandırıb və buna görə özünü bağışlamadığını bildirib:
“Seçimim səhv oldu. Amma ailə qurmaq mənim üçün səhv deyil. Hər bir xanımın ailəsi olmalıdır. Düşünürəm ki, mən sevgi və ailə qadınıyam. Mənim üçün ailə hər şeydən üstündür. İkinci dəfə ailə qurmağım səhvim idi. Amma ikinci dəfə o səhvi etməməliydim, etdim. Bunun üçün özümü bağışlamıram. Çünki bu yaşda böyük həyat təcrübəm, savadım, dünyagörüşüm ola-ola ikinci dəfə səhv etdim və bunu özümə bağışlamıram”.
Nehru
www.yenicag.az