Nigarla məşhur aparıcı arasında QALMAQAL
“Onun mənə belə gözəl münasibətini görməsəydim, yəqin ki, barışmazdım”.
Bu sözləri Əməkdar artist, müğənni Nigar Şabanova “AfaqlaOnlar” verilişində deyib.
Sənətçi vaxtilə məşhur bir aparıcı ilə qalmaqal yaşadığını bildirib:
“İllər öncə məndən yaşca böyük olan bir aparıcı xanımla aramızda münaqişə yaranmışdı. Bu qalmaqal verilişdə deyil, efirdənkənar, öz aramızda baş vermişdi. Lakin açıq hava konsertlərinin birində o, məni səhnəyə dəvət etdi. Özü də çox gözəl bir formada, yüksək səviyyədə təqdimat etdi. Bu təqdimatdan sonra mən səhnədən kulis arxasına keçib onu qucaqladım və beləcə barışdıq. Onun mənə belə gözəl münasibətini görməsəydim, yəqin ki, barışmazdım”.
Nehru












