Nigeriyalı Azərbaycan dili üzrə qalib oldu

media-hightechnic-468x90

1911611_10205241837464382_6706656330406244424_nƏcnəbi tələbələrin 1-ci Azərbaycan dili olimpiadasının qalibləri müəyyən olundu

Ölkəmizdə ilk dəfə Baki Beynəlxalq Tələbə Klubu tərəfindən Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında Azərbaycan dili olimpiadasının final və mükafatlandırma mərasimi keçirildi.

İlkin mərhələsi 24 oktyabrda keçirilən olimpiadada Azərbaycan Tibb Universitetindən, Azərbaycan Dövlət İqtisad Universitetindən, Texniki Universitetdən, Azərbaycan Memarlıq İnşaat Universitetindən, Bakı Slavyan universiteti və Xəzər universitetindən 100- dən çox  əcnəbi gənc iştirak edirdi.  Amerika, Çin, Koreya, Tükriyə Nigeriya, İraq, Pakistan, Əfqanıstan, Özbəkistandan olan 14 gənc beş qalib yer uğrunda yarışdılar.   Əcnəbi gənclər Azərbaycan dilində şeirlər və mahnılar səsləndirərək öz dil bacarıqlarını nümayiş etdirdilər . Münsiflər heyətində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, YAP Gənclər birliyinin ofis rəhbəri Əli Pənahov, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun Sektor müdiri Vaqif Seyidbəyov, Gənclər və İdman Nazirliyinin Sektor müdiri Fuad Babayev, Millət Vəkili Aydın Mirzəzadə , Millət Vəkili Qənirə Paşayeva, əməkdar artist Tünzalə Ağayeva və xəbər aparıcısı Samirə Mustafayeva təmsil olunurdular.  Tədbirdə iştirakçı ölkələrin səfirliklərinin nümayəndəlikləri özəlliklə Pakistanın Azərbaycandakı Fövqəladə Səlahiyyətli Səfiri Xalid Usman Xan Qaiser de iştirak edirdi. İştirakçılar münsiflər heyəti tərəfindən gizli səsvermə yolu ilə qiymətləndirildi. Səs çoxluğu qazanan və müəyyən olunan 5 qalib sertifikat və hədiyyələrlə mükafatlandırıldılar.  Qeyd edəkki, layihə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Layihəni həyata keçirən, Bakı Beynəlxalq Tələbə Klubunun sədri  Aysəba Mirzəyeva bu yarışmanın əsas məqsədinin əcnəbi tələbələr arasında Azərbaycan dilinin təbliği, dilimizə olan sevgilərinin artırılması olduğunu nəzərə alsaqə layihədə qalib həm də elə Azərbaycanımız, Azərbaycan dili, Azərbaycan mədəniyyəti oldu deyə bilərik  O bu layihənin ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını və  olimpiadanın davamlı olaraq keçirilməsinin nəzərdə tutulduğunu vurğuladı.

1958119_10205241837304378_567891543803139425_nQaliblər İqtisad Universitetinin tələbəsi  Nigeriyalı Viktor Damola,Tibb Universitetinin Tələbəsi Ukraynalı Anna Fırat, Neft Akademiyasının Tələbəsi Özbəkistanlı Sergey Kim, Xəzər Universitetinin Tələbəsi Amerikalı Marta Lauri və Dillər Universitetindən məzun olmuş Çinli Çen Lu oldular.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600