!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nikosayağı” kimi tanınan blogerə cəza istənildi

!Reklam – Yazi

“Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Daha sonra prokuror çıxış edib.

Dövlət ittihamçısı Nicat Şakirlinin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi martın 7-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il avqustun 15-də Nərimanov rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində blogerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin qolu amputasiya edilib.

Blogerə Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

COP29

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv