!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nişanlı olub, ayrılanlara niyə PİS BAXIRLAR? – Psixoloji SƏBƏBLƏR

!Reklam – Yazi

Son zamanlar artan boşanma hallarından yola çıxsaq, bu gün evlənən cütlükləri də nəzərdən keçirmək lazım olur. Bir çox mütəxəssislər vurğulayırlar ki, tərəflərin əksəriyyəti evlənən zaman bir-birini ya tanımır, ya da bir-birinin nə istəməsindən, onların hansı keyfiyyətlərə malik olmasından xəbərsiz olurlar. Bəs cütlüklər evlənməmişdən öncə bir-birini necə tanımalıdır?

Mövzu ilə bağlı Yenicag.az-a danışan psixoloq Zeynəb Eyyubova deyib ki, insanların ən böyük problemi nişanlılıq dövründən sonra ayrılmağa boşanma, yəni evlilikdən ayrılma kimi baxmalıdır.

“Təəssüf ki, boşanmaların artığı, evliliklərin azaldığı bir dövrdə bəzi problemlərlə rastlaşırıq. Əvvəla, cütlüklərin tanışlığı bir neçə növdə olur. Ya özləri bir-biri ilə tanış olur, ya ailələri vasitəsilə, ya da ortaq bir məclislərdə görüşürlər. Bunun birincisi, yəni insanlar bir-birini özü tapanda biz psixoloqlar deyirik ki, onlar öz travmalarına uyğun insan tapıblar. Travmalarına uyğun tapdığı şəxslərdə də nə isə problemlər olur və bu, gələcəkdə ailə həyatı dövründə qarşılarına çıxır. Valideynlərin tapdığı cütlüklərdə isə tanışlıq müddəti az olur və buna görə bir-birilərini tanımır. Bəs evlilik öncəsi ən ideal münasibət necə olmalıdır? Öncəliklə, bunu demək lazımdır ki, cütlüklər bir-biri ilə tanışlıq dövründən keçməlidir. Tanışlıq dövründən sonra “flört”, daha sonra isə ən önəmli dövr nişanlılıq dövrüdür”, – deyə o bildirib.

Z.Eyyubova onu da qeyd edib ki, nişanlılıq dövründə tərəflər bir-birini tanımalı, nəyə əsəbiləşir, nəyə gülür, nəyə sevinir, nədən xoşbəxt olduğunu bilməlidirlər:

“Sadəcə, biz azərbaycanlıların ən böyük problemi odur ki, nişanlılıq dövründən sonra ayrılmağa boşanma və evlilikdən ayrılma kimi baxırıq. Əslində, bizim nişanlılıq dövrümüz bir-birini tanıma dövrüdür və bu tanıma dövründən dolayı da yaxşı və pis cəhətlərimizi bilib yolumuza ya davam etməli, ya da kəsməliyik. Buradakı ən birinci problemimiz tanıma dövründə qarşı tərəfdə özümüzə uyğun olmayan hərəkətlər, problemlər görsək, ayrılmaq şansımızın olmasını qəbul etməməkdir. Biz cəmiyyət olaraq nə qədər nişanlılıqdan ayrılmağa, nişanlılıq dövrünü kəsməyə pis baxırıqsa, bu problemləri yaşayacağıq. Ən gözəl məsləhətimiz geniş nişanlılıq dövrü yaşamaq və bu dövrdə qarşı tərəfi tanımaqdır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv