Niyazi Bayramovun icrasında milyonluq müqavilələr: Gəncədə büdcə kimlərin cibinə işləyir?

media-hightechnic-468x90

32gun.az bu dəfə Niyazi Bayramovun rəhbərlik etdiyi Gəncə Şəhər İcra Hakimiyyəti və onun tabeliyindəki idarə və müəssisələrin 2025-ci il ərzində həyata keçirdiyi tender müqavilələrini araşdırıb. Məlum olub ki, müxtəlif xidmətlərin, tikinti işlərinin və avadanlıqların alınmasına milyonlarla manat vəsait xərclənib.

Tenderlərin tam siyahısı və məbləğləri:

Gəncə Şəhər İcra Hakimiyyəti – Gəncə Nəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyəti

Qeyri-yaşayış sahəsinin kommunal və istismar xidmətinin satınalınması – 25.000 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti – İnzibati Bina İdarəsi / PEARL SERVİS Məhdud Məsuliyyətli Cəmiyyəti

Bir sıra xidmətlərin satın alınması – 41.831 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / Qoşqarçay SİB

Su haqqının ödənilməsi – 25.000 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / COLOUR PARK AGRO Məhdud Məsuliyyətli Cəmiyyəti

Abadlıq işləri və istehlak yönümlü müxtəlif xidmətlər, bioloji aktivlərin satın alınması – 45.870 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / HƏDƏF BİR 2025 Məhdud Məsuliyyətli Cəmiyyəti

Dəftərxana və təsərrüfat mallarının satın alınması – 24.479,1 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / NUR SUPPLIER Məhdud Məsuliyyətli Cəmiyyəti

Müxtəlif növ xidmətlərin satın alınması – 61.843,8 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / MAS MMC

Radiotezliklərə internet xidmətinin göstərilməsi – 3.610,8 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti – Park-Xiyaban İstismar və Mühafizə İdarəsi / ATLANTIS CONSTRUCTION GROUP Məhdud Məsuliyyətli Cəmiyyəti

Parkın ərazisində cari təmir işləri və müxtəlif avadanlıqların alınması/quraşdırılması – 115.024,04 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti / Azpetrol Ltd. Məhdud Məsuliyyətli Cəmiyyəti

Xidməti minik avtomobilləri üçün Aİ-95 markalı benzin – 20.620,8 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti / VERTUS ENGINEERING CO MMC

10 ədəd sərnişin liftinin alınması və quraşdırılması – 494.971,65 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti / RÖVŞƏN OĞUZ QRUP MMC

Gəncə İdman Sarayının tikinti-quraşdırma işləri (avadanlıqların quraşdırılması, işə baxılması və sınaq işləri) – 12.000.000 AZN

Tikinti-quraşdırma işlərinin davam etdirilməsi – 377.390 AZN

Gəncə İdman Sarayının tikintisi – 4.000.000 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti / AZƏRMAŞ PARK MMC

“Lada Niva Tarvel” markalı minik avtomobilinin satın alınması – 26.500 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti / GƏNCƏ KÖRPÜ TİKİNTİ-2 Açıq Səhmdar Cəmiyyəti

Gəncə şəhərində yolların əsaslı təmiri – 2.897.827,35 AZN

Gəncə Şəhər İcra Hakimiyyəti / Reyhan Müəssisəsi MMC

249 mənzilli yeni yaşayış binasının tikintisi – 2.000.000 AZN

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi / GLOBAL SUPPLY SERVICES COMPANY MMC

Cari təmir-tikinti işləri üçün mal-materialın satın alınması – 220.904,59 AZN

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi / GƏNCƏ KÖRPÜ TİKİNTİ-2 Açıq Səhmdar Cəmiyyəti

Ekoloji Park kompleksinin və ətraf abadlıq işlərinin satın alınması (2-ci hissə) – 6.189.463,25 AZN

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi / ALOV-MÜHAFİZƏ Məhdud Məsuliyyətli Cəmiyyəti

Mühafizə xidmətinin satın alınması – 188.000,31 AZN

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi / FLEX Məhdud Məsuliyyətli Cəmiyyəti

Telefon və internet şəbəkələrinin yenilənməsi xidmətlərinin satın alınması – 77.415,08 AZN

2025-ci il ərzində Gəncə Şəhər İcra Hakimiyyəti və tabeliyindəki qurumların bağladığı müqavilələrin ümumi məbləği: 32.186.667,72 AZN

Araşdırma göstərir ki, Gəncə Şəhər İcra Hakimiyyəti müxtəlif xidmətlər və iri tikinti layihələri üçün böyük məbləğdə vəsait xərcləyib. Tenderlərin əksəriyyəti MMC-lər vasitəsilə həyata keçirilib ki, bu da diqqət çəkən bir faktordur.

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramovun 2 milyon manatlıq dəbdəbəli avtomobil kolleksiyası barədə məlumatlar yayıb.  Bəhram Bayramova məxsus 13 bahalı maşından beşi – “Jeep”, “Range Rover”, “Bentley”, “Porsche” və “Mercedes” – eyni dövlət nömrəsi ilə qeydiyyata alınıb və onların ümumi dəyəri təxminən 1 milyon manatdır.

Həmçinin ilk dəfə 32gun.az Niyazi Bayramovun oğlunun adına rəsmiləşdirilən və  həyat yoldaşına məxsus olan dəbdəbəli “D’lite” restoranı barədə məlumat vermişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa