Nizami rayonunda MƏMUR ÖZBAŞINALIĞI: Qanunsuz tikinti üçün ağaclar qurban verildi! – VİDEO
Yüksək vəzifəli şəxs qanunsuz obyekt tikdirir: Ağaclar binanın içində qaldı, qurumların isə xəbəri yoxdur…
Yenicag.az xəbər verir ki, paytaxtın Nizami rayonu, Məhəmməd Şərifli küçəsində heç bir icazə alınmadan qanunsuz inşaat işləri aparılıb. Ərazinin dəmir hasara alınaraq aparılan tikinti işlərinə yüksək vəzifəli bir məmurun himayədarlıq etdiyi iddia olunur. Məlumata görə, obyekt rəsmi olaraq məmura yaxın şəxsin adına fəaliyyət göstərir.
Tikinti zamanı ekoloji terrorun baş verdiyi bildirilir. Verilən məlumatlara görə, ərazidəki həmişəyaşıl ağaclar kəsilib, bəzi irigövdəli ağaclar isə inşa olunmuş obyektin içərisində saxlanılıb. Bu faktın hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmasına ehtiyac olduğu vurğulanır.
Aparılan tikinti Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən gizli həyata keçirilib.
Müvafiq qurumlardan rəsmi heç bir icazə alınmadan aparılan qanunsuz tikintiyə icazənin Nizami rayon İcra Hakimiyyətinin verdiyi bildirilir./AzFakt.com/












