“Nizami”də eskalator sökülür
Bakı Metropoliteninin “Nizami” stansiyasında fəaliyyət göstərən 3 saylı eskalator əsaslı təmirə dayandırılır.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən daxil olan xəbərdə bildirilir ki, bununla bağlı bütün hazırlıqlar görülüb. 08.01.2015-ci il tarixdən təmirə dayandırılacaq eskalatorun bütün hissələri söküləcək. 07.02.2015-ci il tarixinə qədər eskalatorun yenidən istifadəyə verməsi planlaşdırılır. Qeyd edək ki, 3 saylı eskalatorun əsaslı təmirə dayandırılması planlaşdırılmış işlər çərçivəsində həyata keçirilir. Hər bir eskalator müəyyən edilmiş yürüş məsafəsini tamamladıqdan sonra cari və əsaslı təmirə dayandırılır.(qafqazinfo.az)