!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nobel Sülh Mükafatına namizədlər seçilib

!Reklam – Yazi

2017-ci il üçün Nobel Sülh Mükafatı 318 namizədin arasından seçiləcək.

Namizədlərin ümumi siyahısına 215 fiziki şəxs və 103 təşkilat adı daxildir. Builki Nobel Sülh Mükafatına namizədlərin sayı 2016-cı ildə qeydə alınan tarixi rekorddan (376 namizəd) sonra ikinci yer tutur.

Nobel Fondunun daxili qaydalarına əsasən namizədlərin sayı açıqlandıqdan sonra seçim prosesi başlayır. Nəticədə payız aylarına kimi siyahıda yalnız iyirmi ictimai xadimin adı qalır. Nobel Sülh Mükafatı Oslo Şəhər Ratuşasında təqdim olunur.

Xatırladaq ki, keçən il Kolumbiyanın prezidenti Xuan Manuel Santos Nobel Sülh Mükafatının laureatı seçilib.

Yeniçağ.az

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv