Norveçdə həvəskar arxeoloq yerli peşəkar arxeoloqların artıq “əsrin tapıntısı” adlandırdıqları böyük gizli daş-qaş yeri tapıb. Gizli yerdə təxminən 1500 illik qızıl zərgərlik kolleksiyası olub.
Yenicag.az xəbər verir ki, ekspertlər qədim əşyaların axtarışının həvəskarı olan Erlend Borenin tapıntısını bu yüzillikdə Norveç ərazisində tapılan ən böyük qızıl xəzinə adlandırıblar. Belə ki, 51 yaşlı norveçli təxminən 1500 il ərzində nadir simvolları olan doqquz qızıl kulon, üç qızıl üzük və qızıl suyuna salınmış on mirvari dənəsi olan gizli xəzinə aşkar edib.
Xəzinə ölkənin cənub-qərb sahillərində yerləşən Rennesoy adasındadır. Həvəskar arxeoloq axtarışını bu adanın sahibi ilə razılaşdıraraq aparıb. Sonuncu heç də uduzmayıb: Norveçin Mədəni İrs haqqında Qanununda xəzinəni tapan hər kəsin mükafat hüququna sahib olduğu deyilir. Üstəlik, mükafat artefakt tapanlarla tapıntının olduğu torpağa sahib olanlar arasında bərabər nisbətdə bölünür.
Tapılan xəzinənin ümumi kütləsi təxminən 100 qram təşkil edır. Yerli muzeyin ekspertləri yastı qızıl kulonların eramızın təxminən 500-cü ilə aid olduğunu müəyyən ediblər. Bu, barbarların Roma imperiyasına zorla girmələri dövrləri olub./Azertag/
www.yenicag.az