Norveçdən Danimarkaya QƏDƏR: Rusiya PUA-ları Avropanı ÇAŞ-BAŞ SALDI
Dünən gecə Rusiya Polşadan sonra Norveç və Danimarkanın da hava məkanına PUA-larla müdaxilə etdi. Bu hadisələrdən sonra Danimarkada fəaliyyət göstərən hava limanlarının fəaliyyəti bir neçə saatlıq dayandırıldı. Bəzi Qərb analtiklərinin fikrinə görə, bu, Rusiyanın NATO-ya növbəti xəbərdarlığıdır.
Mövzu ilə bağlı Yenicag.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Rusiya bununla göstərir ki, həmin ölkələrin hava məkanını istədiyini vaxt poza bilər.
O, həmçinin qeyd edib ki, bu hadisədən sonra NATO-nun hava məkanının etibarlı müdafiəsinin olmadığı da ortaya çıxdı:
“Görünür, NATO-nun müdafiə sistemləri də bərbaddır. Ortaya sual çıxır ki, Rusiya hər hansı ehtimal olunan hücuma keçərsə, təşkilata üzv dövlətlər özünü necə müdafiə edəcəklər? Bu, eyni zamanda strateji silahların sərhədlərə yerləşdirilməsinə cavabdır. Sözügedən məsələ ölkələr arasında uzlaşmanı pozur və separatizmə səbəb olur. NATO kimi dominant, möhkəm olan təşkilat hazırda ciddi problemlərlə qarşı-qarşıyadır. Adıçəkilən təşkilatın özünümüdafiəsinə dair ortaya ciddi suallar çıxır”.
Məlik Məlikov