Norveçə məxsus helikopter Finlandiyada qəzaya uğradı

Göyərtəsində iki nəfər olan Norveçə məxsus helikopter qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, helikopter Finlandiyanın şimalında yerə düşüb.

Norveçli xilasedici xidmətlər Finlandiya tərəfi ilə axtarış işlərini koordinasiya edirlər. Norveçdən hadisə yerinə iki təcili tibbi yardım helikopteri göndərilib.

Qəzanın səbəbləri məlum deyil.