Növbəti plenar iclasın tarixi müəyyənləşib

media-hightechnic-468x90

milli_mejlisssazer3314Milli Məclisin (MM) növbəti plenar iclasının tarixi və gündəliyi məlum olub.

Martın 6-da keçirilməsi nəzərdə tutulan iclasın gündəliyinə 17 məsələnin müzakirəsi təqdim edilib.
İclasda ilk olaraq İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2014-cü il üzrə illik məruzəsi dinləniləcək. Daha sonra Azərbaycan hökuməti ilə Norveç krallığı arasında 2 sazişin təsdiq edilməsi, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qərarda dəyişiklik edilməsi, Su, Torpaq, Cinayət və İnzibati Xətalar Məcəlləsində dəyişiklik, “Ovçuluq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Dərman vasitələri haqqında” və “Siyasi partiyalar haqqında” qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur.

İclasda, həmçinin “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə təqdim olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600